Logo

BMU-da doktorantura səviyyəsi üzrə təhsil alan tələbələrlə görüş keçirilib - FOTO

17.12.2023 12:22 430 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) doktorantura səviyyəsi üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov, Magistratura və doktorantura şöbəsinin müdiri Mahir Bəşirov, Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov iştirak ediblər.

Tədbir doktorantların tədqiqat fəaliyyəti ilə yaxından tanışlıq, onları bir araya toplayaraq qarşılıqlı fikir mübadiləsinin aparılmasına zəmin yaratmaq məqsədi daşıyıb.

Müzakirələr zamanı doktorantların universitetlə əlaqələrinin daha da gücləndirilməsi, tədris və tədqiqat fəaliyyətinə cəlb edilməsi imkanları nəzərdən keçirilib.

Qarşılıqlı diskussiya şəraitində davam edən görüşdə doktorantları maraqlandıran suallar cavablandırılıb və belə görüşlərin davamlı keçirilməsi qərara alınıb.

Xəbər lenti