Logo

“Məktəb inspektoru” vakansiyası üzrə namizədlər seçilir

01.04.2021 16:27 615 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəblərdə keyfiyyətin monitorinqinin aparılması məqsədilə elan olunan “Məktəb inspektoru” vakansiyası üzrə növbəti yazılı imtahan keçirilib.

 

Namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə 3 mart tarixində keçirilmiş imtahanda ümumilikdə 72  namizəd iştirak edib. Həmin namizədlərdən 50-si qadın, 22-si isə kişi olub.

 

Bir saat davam edən imtahanın nəticələrinə əsasən, 47 nəfər nəzərdə tutulan keçid balından aşağı, 25 nəfər isə yuxarı bal toplayıb.

 

 İmtahandan uğurla keçən namizədlər 3 aprel tarixinədək müsahibədə iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.

Xəbər lenti