Logo

Naxçıvanda təyyarə reysi gecikdi, dövlət qulluğuna qəbul imtahanı təxirə salındı

17.12.2023 18:01 152 baxış
IMG

Naxçıvanda təyyarə reysi gecikdiyi üçün dövlət qulluğuna qəbul imtahanı təxirə salınıb.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

Səhər saatlarında Bakıdan Naxçıvana uçmalı olan təyyarə reysi Naxçıvan Muxtar Respublikasında müşahidə olunan hava şəraiti ilə əlaqədar gecikdiyi üçün Naxçıvanda nəzərdə tutulan imtahanın vaxtı 24 dekabr 2023-cü il tarixinə dəyişdirilib. Namizədlər bu imtahan üçün buraxılış vərəqəsini növbəti həftə ərzində (imtahana 3 gün qalmış) çap edə biləcəklər. Yeni buraxılış vərəqələri sayta yerləşdiriləndə məlumat paylaşılacaq.

Xəbər lenti