"Son 20 ildə dövlət vəsaiti hesabına, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən 4 minə yaxın məktəb ya təmir olunub, ya da tikilib".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli peşə təmayüllü siniflərin hesabat tədbirində deyib.
O bildirib ki, peşə yönümlü siniflər şagirdlərin erkən yaşda maraqlarının müəyyənləşdirilməsi üçün olduqca önəmlidir:
"Biz başa düşürük ki, təkcə infrastrukturla kifayətlənmək olmaz. Həmçinin tədrisin təşkili də səmərəli qaydada həyata keçirilməlidir. Bu sahədə ixtisaslı müəllimlərin hazırlanması istiqamətində iş aparılır. Düşünürük ki, bu siniflərdən məzun olacaq şagirdlərimiz əmək bazarına daha hazırlıqlı olacaq".
Mərcanə Əsədova