"Əmək bazarı üçün hazır kadr yetişdirilməməsi böyük problemdir".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli peşə təmayüllü siniflərin hesabat tədbirində bildirib.
Nazir müavini "Peşə təmayüllü siniflər" layihəsinin gələcəkdə şagirdlərin əmək bazarında hazır kadr kimi yetişməsinə şərait yaratdığını vurğulayıb.
"Bu layihə 2019-2020-ci ildən fəaliyyətə başlayıb. Şagirdlərimiz əmək bazarının iştirakçıları ilə işlədikləri proyektlərinə üstündə işləməyi, komanda şəklində çalışmağı öyrənirlər. Biz əgər onların gələcək karyeraları üçün çalışırıqsa, bu iş məktəbdən başlamalıdır. Düzdür, məktəbdə vətənpərvərlik, tariximizin öyrənilməsi əsas məqsəddir. Əgər biz əmək bazarı üçün hazır kadr yetişdirə bilmiriksə, bu, böyük problemdir. Ona görə də həyata keçirilən bu layihələr çox önəmlidir. Artıq 20 məktəbdə başlayan layihə 200-ə yaxın məktəbi əhatə edir. Layihənin pandemiya dövründən başlanmasını nəzərə alsaq, bu, böyük bir uğurdur", - H.Həsənli əlavə edib.
Mərcanə Əsədova