Logo

Ucar, Kürdəmir və Zərdab rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib - FOTO

18.12.2023 11:00 162 baxış
IMG

Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğundan, Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarında dövlət qulluqçuları üçün təlimlər keçirilir.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirilib ki, 13-15 dekabr 2023-cü il tarixləri aralığında təlimlər Ucar, Kürdəmir, Zərdab rayonlarında “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, həmçinin “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi”, “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında dövlət qulluqçuları və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilib.

Təlimlər zamanı iştirakçılara mövzular çərçivəsində məlumat verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb. 

Qeyd edək ki, təlimlər təqvim üzrə ilin sonunadək davam edəcək.

Xəbər lenti