Elm və Təhsil Nazirliyi bəzi məktəblərdə şagirdlərə əlavə dərsliklərin aldırılması ilə bağlı tələblərə münasibət bildirib.
"Tehsil.biz"in məlumatına görə, elm və təhsil nazirinin müvini Həsən Həsənli jurnalistlərə açıqlamasında bildirib ki, tədris üçün faydalı ola biləcək hər hansı əlavə vəsaitin məcburi şəkildə aldırılması məqsədəmüvafiq deyil:
"Biz müəllimlərə uşaqları daha yaxşı öyrətməyin deyə bir göstəriş verə bilmərik. Dərsliklər hazırlanır, bütün məktəblərə də çatdırılır. Bu istiqamətdə son illərdə xeyli işlər görülüb. Düşünmürəm ki, bu barədə ciddi şikayətlər var. Bu istiqamətdə narazılıqlar varsa, aidiyyəti üzrə bizə müraciətlər oluna bilər. Amma tədris üçün faydalı ola biləcək hər hansı əlavə vəsaitin məcburi şəkildə aldırılması məqsədəmüvafiq deyil, müsbət qarşılanmır. Amma biz müəllimlərə desək ki, nəyisə etməyin və ya uşaqları yaxşı öyrətməyin, bu, yaxşı mesaj olmaz".
Mərcanə Əsədova