Logo

“Gənc müəllimlər dilimizin keşiyində” layihəsinin ilk təlimi İsmayıllıda baş tutub

18.12.2023 12:43 140 baxış
IMG

Azərbaycan Gənclər Fondu tərəfindən elan edilən Gənclər Təşkilatları üçün 17-ci Qrant Müsabiqəsində qalib olmuş “Gənc müəllimlər dilimizin keşiyində” layihəsinin İsmayıllı rayonunda təlimləri 16 dekabr 2023-cü il tarixində baş tutub.

Tehsil.biz xəbər verir ki, keçirilən layihənin əsas məqsədi Azərbaycan dilinin saflığının qorunmasına dəstək olmaq üçün gənc müəllimlər arasında natiqlik, ünsiyyət və debat təlimləri təşkil etməkdir.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

Xəbər lenti