Dekabrın 20-21-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
Konfransın açılışı dekabrın 20-21-də AMEA-nın əsas binasında (H.Cavid prospekti, 117) Dairəvi akt zalında baş tutacaq. Bölmə iclasları dekabrın 20-i və 21-i Şərqşünaslıq İnstitutunda keçiriləcək.
Qeyd edək ki, konfransa 218 iştirakçı, o cümlədən, Rusiya, İraq, Misir, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusdan 26 alim qatılacaq.