Logo

UNEC ilə İstanbul Texniki Universiteti əməkdaşlıq edəcək

18.12.2023 16:48 352 baxış
IMG

Türkiyənin İstanbul Texniki Universitetinin (İTU) rektoru professor İsmayıl Koyuncunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradovun və struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə İTU-nun nümayəndə heyətinə UNEC-də tədris edilən ixtisaslar, ikili diplom proqramları, beynəlxalq reytinq, ixtisaslaşmış laboratoriyalar və s. barədə ətraflı məlumat verilib.

Sonra iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Görüşdə UNEC ilə İTU-nun beynəlxalq reytinqlərdə mövqelərinin daha da yüksəldilməsi, ikili diplom proqramlarının həyata keçirilməsi, mühəndislik, informasiya texnologiyaları ixtisasları üzrə mütəxəssis hazırlığı, müəllim-tələbə mübadiləsi və digər istiqamətlərdə əməkdaşlıq barədə razılıq əldə olunub.

Xəbər lenti