Logo

Bakıda məktəbəhazırlıq məşğələlərinə cəlb olunan uşaqların sayı açıqlanıb

18.12.2023 17:13 192 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 276 ümumi təhsil müəssisəsində 961 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 21 140 uşaq cəlb olunub.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, 2023-cü təqvim ilində ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına cəlb olunmuş beşyaşlılara 2 212 resurs dəst paylanıb. Pilot olaraq həyata keçirilən layihənin məqsədi məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların tədris ili boyu bacarıq və vərdişlərinin, estetik və yaradıcı bacarıqlarının inkişaf etdirilməsi, onların əl qabiliyyətlərinin, bədii yaradıcılıqlarının üzə çıxarılmasından ibarətdir.

Xəbər lenti