Paytaxt məktəbliləri arasında şahmat idman növü üzrə turnir keçirilib.
Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri 216 nömrəli tam orta məktəbdə keçirilən yarış Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayon gənclər və idman sektoru və 216 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə baş tutan yarışda Xəzər rayonundakı məktəblərin şahmatçı şagirdləri mübarizə aparıblar.
Turnirdə 149 nömrəli tam orta məktəbin komandası I, 26 nömrəli tam orta məktəbin komandası II, 234 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qaliblərə medal və diplomlar təqdim olunub.