Logo

Naxçıvanda dövlət qulluğuna qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ

19.12.2023 15:00 178 baxış
IMG

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 24 dekabr 2023-cü il tarixində Naxçıvanda keçiriləcək test imtahanında iştirak edən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. 

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, ötən həftə Bakıdan Naxçıvana uçmalı olan təyyarə reysi Naxçıvan Muxtar Respublikasında müşahidə olunan hava şəraiti ilə əlaqədar gecikdiyi üçün Naxçıvanda nəzərdə tutulan imtahanın vaxtı 24 dekabr 2023-cü il tarixinə dəyişdirilmişdi.

Namizədlər imtahanda iştirak etmək üçün verilən linkə daxil olub yeni “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Xəbər lenti