İl ərzində paytaxt üzrə 54 şagird fərdi təhsilə cəlb olunub.
Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, ümumilikdə BŞTİ-nin tabeliyindəki 175 təhsil müəssisəsində 398 şagird fərdi təhsil alır. Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.