SOCAR-ın Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən maarifləndirici təlim keçirilib.
Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.
Baş idarənin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamillinin təqdimatında iştirakçılara korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, növləri və buna görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, mübarizə metodları və vasitələri, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətə baxılması və digər məsələlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyi sistemi qurulub, korrupsiyaya qarşı mübarizə prioritet sahələrdən birinə çevrilib.
Maarifləndirici tədbir sual-cavab və müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, təlim “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində keçirilib.



