Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tədqiqatçı-alim, Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki koordinatoru Seymur Nəsirovun “Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitabını nəşr etdirib.
Tehsil.biz xəbər verir ki, “İlahiyyat nəşrləri” layihəsi çərçivəsində dərc olunan kitabda Azərbaycan tarixi və coğrafiyası, “Azərbaycan” sözünün ərəb dilində oxunma şəkilləri, mənası, nisbəsi və yüz alimin həyat və yaradıcılığı barədə məlumat verilib. 121 mənbəyə istinadən verilən məlumatlarda böyük sərkərdə və dövlət xadimi Səlahəddin Əyyubi, Misirin məşhur həkimi Fətullah ibn Nəfis, Misirin baş hakimi Əfzələddin Xunəci, Misirin və Şamın qazısı İbn Qazıəsgər, fiqhin əsasları və ərəb dili qrammatikası üzrə böyük alim İbn əl-Həcib əd-Dvini və başqalarının hicri tarixi ilə II əsrdən X əsrədək elmin müxtəlif sahələrində fəaliyyətinə diqqət cəlb edilib.
Qeyd edək ki, Azərbaycan həqiqətlərini, mədəniyyətini və ədəbiyyatını geniş şəkildə Misirdə təbliğ edən Seymur Nəsirov həm də Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin müşaviridir.