Logo

BANM-in tələbəsi "Skills Azərbaycan 2023" Milli Yarışda qalib olub - FOTO

19.12.2023 22:47 714 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisasının IV kurs tələbəsi Azər Sadıxzadə “World Skills” Beynəlxalq peşə bacarıqları olimpiadası çərçivəsində “Skills Azərbaycan 2023”, Veb Texnologiyalar üzrə milli final mərhələsində 3-cü yeri tutub.

Tehsil.biz xəbər verir ki, yarışa müraciət edən 105 nəfər içərisində onlayn keçirilən seçim turunda 53 nəfər iştirak edib, 20-si final mərhələsinə dəvət olunub.

Qalib olan Bakı Ali Neft Məktəbinin tələbəsi Azər Sadıxzadə hazırda İnçxon, Cənubi Koreyada Azərbaycanı təmsil eləyərək “WorldSkills South Korea” tərəfindən intensiv təlimdədir. Əsas məqsəd Azərbaycanı bir il ərzində Fransanın Lion şəhərində beynəlxalq WorldSkills müsabiqəsində təmsil etmə şansını qazanmaqdır.

Xatırladaq ki, Azər Sadıxzadə #informatika fənni üzrə Respublika fənn olimpiadasının ikiqat qalibidir və BANM-ə müsabiqədənkənar qəbul olunub.

Qeyd edək ki, “World Skills International” dünyada peşə bacarıqlarını təbliğ edən və peşələrin olimpiadası kimi tanınan beynəlxalq bir təşkilatdır.

Xəbər lenti