Logo

BANM tələbələri Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində - FOTO

20.12.2023 10:42 288 baxış
IMG

Bakı Ali Neft Məktəbinin Kitab klubu "Museum Trip" adı altında Xalq yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzinə səyahət təşkil edib.

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, görkəmli yazıçının ev muzeyini Ali Məktəbin hər kursdan tələbələri ziyarət edib.

Onlar burada yazıçının kitabxanası və ədəbiyyat otağında müxtəlif illərdə həm rus, həm Azərbaycan dillərində nəşr olunan, həm də 36 xarici dilə tərcümə edilən kitablarla tanış olublar.

Xəbər lenti