Təhsil naziri Emin Əmrullayev canlı yayımda sualları cavablandırmaq üçün çıxış edəcək.
3 aprel saat 16:00-da təhsil naziri Emin Əmrullayev rəsmi "Facebook" səhifəsi üzərindən "Pandemiya dövründə tədrisin təşkili" ilə bağlı ictimaiyyəti və medianı maraqlandıran sualları cavablandıracaq.
Tehsil.biz xəbər verir ki, nazir bu haqda öz feysbuk səhifəsindən paylaşım edib.
Mövzu ilə bağlı suallarınızı 2 aprel saat 18:00-dək həmin postun rəy bölməsində qeyd edə bilərsiniz