"İnsanların bir günlərinin 7 saatdan çoxu internetlə əlaqəlidir".
Tehsil.biz xəbər verir ki, bunu Türkiyənin Radio və Televiziya Ali Şurasının İnsan Resursları və Təhsil İdarəsi rəhbərinin müavini Feyza Gizligider deyib.
O bildirib ki, insanlar televiziya ekranlarında nə görürlərsə, ona meyil edirlər:
"Şiddət görən də şiddətə meyil edir, təbii ki. Bunu araşdırmalar da göstərir. Məhz buna görə media savadlılığına ehtiyac var. Bu, informasiyanın analizini və dəyərləndirilməsini nəzərdə tutur. Bəzən bilərəkdən və ya bilməyərəkdən qeyri-dəqiq xəbər yayırıq. Bəzən müxbir hadisə yerindən çəkiliş edir. Sonra redaksiyada həmin süjet kəsilir və ən maraqlı yeri saxlanılır. Nəticədə xəbər qeyri-dəqiq olur. Amma media savadlılığı sahəsində Azərbaycanın dünyaya nümunə olacağına inanıram".
Kənan Nağıbəyli