Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinin müddəti uzadılıb.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən "Tühsil.biz"ə bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər dekabrın 26-sı saat 11:00-dək linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, ötən müsabiqədə iştirak etmiş şəxslər yenidən müraciət edə bilərlər. Belə ki, həmin şəxslərin elektron sənədlərinin statusu ilkin mərhələyə qaytarılıb.
Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Namizədlərin hazırda məktəbəqədər təhsil müəssisəsində çalışması şərt deyil.