Logo

HTP çərçivəsində Çində təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

20.12.2023 15:55 334 baxış
IMG

Hökumətlərarası təqaüd proqramları (HTP) çərçivəsində Çində növbəti tədris ilində təhsil almaq istəyən şəxslər üçün müraciət müddəti uzadılıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyidən "Tehsil.biz"ə bildirilib ki, qeydiyyat 2024-cü il yanvarın 7-dək davam edəcək.

Eyni zamanda, Çin universitetlərindən ilkin qəbul sənədinin (“pre-admission notice, proof of admission from tutor”) alınmasında yaranan çətinliklər və bununla bağlı çoxsaylı müraciətləri nəzərə alaraq, namizədlər birinci mərhələdə portal.edu.az platformasındakı ərizələrini bu sənəd olmadan digər tələb olunan sənədləri müvafiq bölmələr üzrə daxil edərək təqdim edə bilərlər.

Bildiririk ki, ilkin qəbul sənədini elektron ərizəyə daxil etmələri üçün namizədlərə 2024-cü il yanvarın 31-i saat 18:00-dək əlavə vaxt verilməsi nəzərdə tutulur.

Yekunda müsahibədən uğurla keçən namizədlərdən yalnız ilkin qəbul sənədini (“pre-admission notice, proof of admission from tutor”) elektron ərizəsinə əlavə etmiş şəxslərin namizədliyi Çin tərəfinə ötürüləcək.

Ətraflı məlumatı nazirliyin saytından əldə etmək olar.

Xəbər lenti