Logo

BŞTİ: "200-dən çox məktəbdə rəqəmsal summativ qiymətləndirmə keçirilib"

20.12.2023 17:35 297 baxış
IMG

2023-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 200-dən çox ümumi təhsil müəssisəsində rəqəmsal summativ qiymətləndirmələr keçirilib.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, rəqəmsal summativ qiymətləndirmələr tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində texniki təminat və internet olduğu təqdirdə IV-XI siniflərdə bütün fənlər üzrə (fiziki tərbiyə, təsviri incəsənət, musiqi, çağırışaqədərki hazırlıq, texnologiya istisna olmaqla) aparılır.

Xəbər lenti