Təhsil müəssisələri rəhbərliyinin idarəetmə səriştələrinin aşkarlanması istiqamətində sorğular keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin direktorları təlim-tərbiyə işləri üzrə direktor müavinləri barədə verilmiş sualları cavablandırıblar.
Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, il ərzində keçirilən sorğularda ümumilikdə 320 direktor 507 müavin haqqında olan sualları cavablandırıb. Növbəti mərhələdə sorğuya digər idarəedici heyət, müəllimlər və şagirdlər cəlb olunacaq.
Sorğuların keçirilməsinin əsas məqsədi təhsilin keyfiyyətinin artırılmasına mane olan lokal problemləri aşkarlamaq və dəstək mexanizmlərini gücləndirməkdən ibarətdir.