Bakı şəhəri üzrə qalib olan 69 layihənin icrası reallaşdırılıb, 56 layihənin icrasına başlanılıb.
Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində paytaxt üzrə qalib olan 69 layihənin icrası reallaşdırılıb. Həmçinin VII qrant müsabiqəsində 56 layihə qalib olub. Qalib olan layihələrin icrasına başlanılıb.
Layihənin həyata keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.