"Son 20 ildə Azərbaycanda 435 məscid tikilib".
"Tehsil.biz"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Komitə sədri dövlətimizin din sahəsində siyasətinin tolerantlığa əsaslandığını vurğulayıb.
M.Qurbanlı qeyd edib ki, Azərbaycan müstəlliyini bərpa edən zaman cəmi 17 məscid fəaliyyət göstərirdi:
"Bu gün ölkəmizdə 2 253 məscid var. Yüzlərlə məscid Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq vətəndaşların istifadəsinə verilib".
Kənan Nağıbəyli