İl ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən “Kiçik Akademiya”lara 16 mindən artıq şagird cəlb olunub, 2 mindən artıq tədbir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, layihə çərçivəsində şagirdlər tərəfindən 2500-dən çox mövzu tədqiq olunub. Həmçinin Bakı şəhərinin inzibati rayonları üzrə bütün məktəblərin iştirakı ilə “Kiçik Akademiya”nın yarımillik və illik hesabat konfransları keçirilib.
“Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına kömək göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.