Logo

Regional təhsil idarələrinin rəhbərləri və maliyyə-mühasibatlıq işçiləri üçün praktiki seminar baş tutub - FOTO

21.12.2023 14:10 357 baxış
IMG

Dekabrın 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinin rəhbərləri, eləcə də maliyyə-mühasibatlıq işçilərinin iştirakı ilə praktiki seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov seminarın məqsədi, maliyyə-mühasibatlıq işçilərinin vəzifə və funksiyalarından irəli gələn məsuliyyətləri, onların bilik və bacarıqlarının artırılmasının zəruriliyindən danışıb. Seminarın əhəmiyyətini vurğulayan şöbə müdiri dövlət büdcəsində təhsil xərclərinin həcmi, qarşıda duran vəzifələr barədə iştirakçıları məlumatlandırıb, bir sıra təklif və tövsiyələr verib.

Daha sonra seminar Maliyyə, Təhsilin iqtisadiyyatı, Audit şöbələrinin əməkdaşlarının müvafiq təqdimatları və müzakirələrlə davam etdirilib.

Seminarın sonunda isə suallar cavablandırılıb, təklif və tövsiyələr səsləndirilib.

Xəbər lenti