Logo

BDU Elmi kitabxanasından növbəti kitab bağışlama aksiyası keçirilib

21.12.2023 15:18 340 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanası “Naxçıvan” Universitetinin Elmi kitabxanasına 200 nüsxə kitab hədiyyə edib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Kitabxananın Mübadilə-ehtiyat fondundan “Naxçıvan” Universitetinin tələbə, müəllim və professor heyətinin daha çox ehtiyac duyduqları “Klassik Azərbaycan ədəbiyyatı”, “Müasir Azərbaycan ədəbiyyatı”, “Azərbaycan antologiyaları”, “Ədəbiyyat antologiyaları”, “Dünya ədəbiyyatı”, “Dünya ədəbiyyatı klassikləri”, “Dünya uşaq ədəbiyyatı” kimi seriyalarda nəşr olunan kitablar seçilərək hədiyyə olunub.

Hədiyyə edilən ədəbiyyatların içərisində Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən iki cilddən ibarət “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” adlı fundamental soraq nəşri də yer alıb.

Xəbər lenti