Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2023-cü il ərzində təhsil müəssisələrində 15 layihə həyata keçirilib.
Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, “Tarix yazan müəllimlər”, “Onlayn kitab klubu”, “Məktəbdə...”, “Yaşıl layihə: təbiəti qoruyanlar”, “Ailəm və məktəbim”, “7-dən 17-yə vətənpərvər!”, “Peşəkarlıq yolunda”, “Biliyini paylaş”, “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi”, “Dəyərlərimizi qoruyaq!”, “Zərərli vərdişlərə birlikdə yox deyək”, “Yeniləşən məktəb”, “Bir məktəb - bir klub”, “İdmansevərlər” və valideynlər üçün “Payız məktəbi” adlı layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri, eyni zamanda, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “eTwinning Plus”, STEAM layihələrində də fəal iştirak edib.
Həmçinin paytaxt məktəblərində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə OCEP layihəsi (Olimpiya Mədəniyyəti və Təhsili Proqramı) həyata keçirilib. Layihəyə BŞTİ-nin tabeliyindəki 42 məktəb cəlb olunub.