Logo

Audiovizual media subyektlərinin texniki heyəti üçün keçirilən iki moduldan ibarət təlimlər yekunlaşıb - FOTO

21.12.2023 23:48 152 baxış
IMG

Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 18-22 dekabr 2023-cü il tarixlərində audiovizual media subyektlərinin texniki heyəti üçün keçirilən iki moduldan ibarət təlimlər yekunlaşıb.

Tehsil.biz xəbər verir ki, təlimlərin son günündə İctimai Televiziyada texniki heyət üçün televiziya studiyasında və aktual çəkilişlərdə istifadə olunan işıq mənbələri, studiya və xarici tətbiqlər, tək kamera və ikili kamera çəkilişi mövzularında praktiki təlim keçirilib, həmçinin nümunə çəkilişlər edilib.

Təlimin bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü Mübariz Əsgərov audiovizual mediada yeni texnologiyaların tətbiqi, eləcə də proseslərin rəqəmsallaşmasının vacibliyini vurğulayıb, eyni zamanda bu sahədə Türkiyədə fəaliyyət göstərən media subyektlərinin təcrübəsinin öyrənilməsinin faydalı olacağını bildirib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Xəbər lenti