Logo

Azərbaycanda qış fəsli başlayıb

22.12.2023 09:20 323 baxış
IMG

22 dekabr saat 07:27-də Azərbaycana qış fəsli daxil olub.

Tehsil.biz xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bununla da cari ilin son fəsil dəyişməsi hadisəsi baş verib, Şimal yarımkürəsində, o cümlədən Azərbaycanda qış fəsli başlayıb.

Qeyd edək ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Bu gün gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.

Şimal yarımkürəsində qış fəsli növbəti ilin martına qədər davam edəcək. Mart ayının 20-si saat 07:06-da yaz fəsli qışı əvəz edəcək.

Xəbər lenti