Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 46 ümumi təhsil müəssisəsində operativ monitorinqlər həyata keçirilib.
İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, monitorinqlər təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, metodiki işin təşkili, inzibati heyətin fəaliyyət istiqamətlərini əhatə edib.
35 meyar əsasında aparılan monitorinqlərin keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətli təşkilini təmin etməkdən ibarətdir.