Logo

Mərkəzi Bank AzTV-nin əlavə səhmlərinin buraxılması qaydalarını müəyyənləşdirəcək

22.12.2023 20:01 287 baxış
IMG

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən ediləcək.

"Tehsil.biz"in məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, bu sahədə səlahiyyət ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasına məxsus olub.

Xəbər lenti