Logo

Tələbələrin "Norm Sement" zavoduna təcrübə gəzintisi təşkil edilib - FOTO

22.12.2023 21:24 384 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə ekologiya mühəndisliyi (bakalavr) və ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması (magistr) ixtisası tələbələrinin "Norm Sement" zavoduna təcrübə gəzintisi təşkil edilib. 

Tehsil.biz xəbər verir ki, tələbələr zavodda istehsal prosesi və müasir avadanlıqlarla yaxın tanış olublar.

Eyni zamanda, sement istehsalı prosesində yaranan tullantıların minimuma endirilməsi, atılan emissiyaların (xüsusilə də CO2) təmizlənməsi üçün istifadə olunan təmizləyici qurğular və filtrlər, atılan tullantı miqdarının hesablanması, sonda illik hesabatların hazırlanması, ərazidən nümunələrin götürülməsi, laboratoriyada nümunələrin analizi kimi prosesləri müşahidə ediblər.

Xəbər lenti