Logo

BANM-də beynəlxalq təhsildə yeniliklər müzakirə olunub - FOTO

23.12.2023 10:00 322 baxış
IMG

Bakı Ali Neft Məktəbində Avrasiya Universitetlər Birliyinin (EURAS) təşkilatçılığı ilə “Beynəlxalq təhsildə yeni perspektivlər və əməkdaşlıq imkanları” mövzusunda müzakirələr keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, EURAS sədri Mustafa Aydın, AMEA-nın prezidenti İsa Həbibbəyli ilə yanaşı, Avrasiya Universitetlər Birliyinə üzv olan digər ali məktəblərin rektorları, prorektorları və təmsilçiləri də  iştirak ediblər. İnteraktiv keçən fikir mübadiləsi zamanı ali təhsildə yeniliklər, yeni əməkdaşlıq imkanları və təhsilin müasirləşdirilməsi istiqamətində ətraflı müzakirələr aparılıb. 

EURAS sədri, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi Dr. Mustafa Aydın bildirib ki, burada qaldırılan məsələlərin öz müsbət həllini tapması üçün addımlar atılacaq.

Xəbər lenti