Logo

BŞTİ tərəfindən il ərzində 8 müsabiqə və olimpiada keçirilib

23.12.2023 11:23 284 baxış
IMG

2023-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın təhsil müəssisələri arasında 8 müsabiqə və olimpiada təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, paytaxt məktəbləri arasında keçirilən “Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya”, “Qarabağı tanıt” mövzularında təqdimat müsabiqələri, “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi, “Düşünən şagird”, “Ən yaxşı məktəb saytı” müsabiqələri, “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsi, həmçinin II Bakı Elm Olimpiadası və Ortaq Türk Dünyası Olimpiadasının əsas məqsədi şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün inkişaf etdirilməsi, həmçinin onlarda sağlam rəqabət hissinin formalaşdırılmasından ibarətdir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri, eyni zamanda, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Sabahın alimləri”, “Ən yaxşı təqdimat”, SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı, “Gənc iqlim çempionları 2023”, Lütfi Zadə adına Məntiq Olimpiadası, fənn müsabiqələri və fənn olimpiadalarında iştirak edərək qaliblər sırasında yer alıblar.

Xəbər lenti