Logo

“Tıq-tıq xanım” adlı tamaşanın premyerası olacaq - FOTO

23.12.2023 12:20 134 baxış
IMG

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Tıq-tıq xanım” adlı tamaşanın premyerasına hazırlaşır.

Teatrın mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, Abdulla Şaiqin “Tıq-tıq xanım” adlı nağılı əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri başa çatıb.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir.

Premyerası 2024-cü il yanvarın 13 və 14-də nəzərdə tutulan tamaşada aktyorlar Günel Məmmədova, Aydan Həsənzadə, Xəyalə Qasımova, Nuranə Hüseynova, Aybəniz Heydərova, Könül Əbilova, Fəridə Qurbanova, Ramil Şamiloğlu, Ramiq Nəsirov, Xaliq Bəkirov, İmran Qurbanov, Hilal Dəmirov, Ümman Budaqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və İlhan Sadıqov rol alıblar.

Səhnə əsərində Tıq-tıq xanım qayğıya, dostluğa, xoş münasibətə ehtiyacı olan, amma özünü sevən, lovğalıq edən böcəkdir. Günlərin birində Tıq-tıq xanım bəzənib-düzənib özünə dost axtarmağa yollanır. Onun arzuladığı kimi dost isə yalnız Siçan bəy olur. Tıq-tıqın xasiyyəti onunla Siçanın dostluğuna zərər vurur. Müəllif nağılda baş verən hadisələrin fonunda uşaqlara özündən razılığın, ifrat nazın, küskünlüyün xeyirli olmadığını, bu xüsusiyyətlərin insanları tənhalığa məhkum edə biləcəyini vurğulayır.

Xəbər lenti