Logo

“PTE Academic - ingilis dili imtahanı ilə tanışlıq” vebinarına qeydiyyat başlanıb

02.04.2021 10:39 639 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) Pearson VUE təşkilatı ilə əməkdaşlıq çərçivəsində aprelin 27-də keçiriləcək “PTE Academic ilə tanışlıq” vebinarına qeydiyyat elan edir.

 

Böyük Britaniya və Avstraliya hökumətləri, həmçinin dünyada minlərlə ali təhsil müəssisəsi tərəfindən tanınan “PTE Academic” imtahanı namizədin universitet, peşə və miqrasiya məqsədlərinə uyğun olaraq zəruri ingilis dili biliklərini ən etibarlı və qərəzsiz yoxlayan testlərdən biri hesab olunur. Test imtahanını istənilən yaş kateqoriyasından olan namizədlər verə bilər və imtahan nəticələri iki gün ərzində iştirakçılara təqdim edilir.

 

İngilis dilində keçiriləcək vebinarda Pearson mərkəzinin əməkdaşı, müəllimlərin təlimi və qiymətləndirmə üzrə böyük məsləhətçi B.Janiak namizədlərin gələcək təhsil həyatında akademik ingilis dili testinin (PTE Academic/PTE A) rolu haqqında məlumat verəcək və iştirakçıların suallarını cavablandıracaq.

 

Vebinarda iştirak etmək istəyən şəxslər DİM-in saytında verilən keçiddən istifadə edərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki aprelin 25-dək aktiv olacaq.

 

Görüşün linki qeydiyyatdan keçmiş iştirakçılara aprelin 26-da göndəriləcək.

 

Daha səmərəli müzakirə aparmaq üçün iştirakçıların sayına məhdudiyyət qoyulur.

Xəbər lenti