Logo

MSK sədri: "Elm və Təhsil Nazirliyi tələbələrin siyahısını təqdim etməlidir"

23.12.2023 18:20 420 baxış
IMG

"Tələbələrin səsverməsi ilə bağlı fərqli addım atılmalıdır".

Tehsil.biz xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında deyib.

O bildirib ki, səsvermə keçiriləndə tələbələr universitetlərdə olmurlar:

"Biz indidən bu məsələnin üzərində dayanmalıyıq. Tələbələrin səsverməsi məsələsini dəqiqləşdirməliyik. Tələbələr ya valideynlərinin yanına gedib səs verməli, ya da təhsil aldıqları universitetlərdə səs verməlidir. Rayonlardan olan tələbələrin hamısını biz gərək qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edək ki, harda olur-olsun səs verə bilsinlər".

M.Pənahov deyib ki, Bakıda olan tələbələr məlumdur:

"Elm və Təhsil Nazirliyi siyahıları bizə təqdim etməlidir. Biz artıq ilkin addımları atmağa başlamışıq. Həmçinin Xarici İşlər Nazirliyi ilə də xaricdə yaşayan Azərbaycan vətəndaşlarının səsverməsi ilə bağlı işlərə başlanılıb. Xaricdə yaşayan vətəndaşlarımız özlərinə yaxın diplomatik nümayəndəlikdə siyahıya düşməlidir. Onlar bizə də müraciət edə bilərlər ki, onları diplomatik nümayəndəliklə əlaqələndirək. Çalışmalıyıq ki, onların səsinə səs verə bilək”.

Xəbər lenti