Logo

"Hadrut, sən azadsan!" sənədli filminin təqdimatı keçirilib - FOTOLAR

23.12.2023 19:33 178 baxış
IMG

Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən "Hadrut, sən azadsan!" sənədli filmi çəkilib.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, dekabrın 22-də Nizami Kino Mərkəzində ekran əsərinin təqdimatı keçirilib.

Mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Mədəniyyət Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndələri, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar "Hadrut, sən azadsan!" filmini izləyiblər.

Filmin nümayişindən sonra çıxış edən Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev bu il mərkəzinin 10 yaşının tamam olduğunu deyib. Bildirib ki, mərkəz tərəfindən ötən dövr ərzində bir çox filmlər ərsəyə gəlib. Bundan əvvəl istehsal olunan "Şuşa, sən azadsan!" sənədli filminə mərkəzin yalnız yutub kanalında 900 mindən çox baxış olub: “Bundan sonra da əlimizdən gələni edəcəyik ki, bu mövzuda yeni ekran əsərlərinə imza ataq. Filmin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığımı bildirirəm. Bu yolda həmişə bizə dəstək olan Arzu xanım Əliyevaya xüsusi təşəkkür edirəm".

Filmin ssenari müəllifi Rasim İsmayılov və quruluşçu rejissoru Cavidan Şərifov ekran əsəri haqqında təəssüratlarını bildiriblər.
Qeyd edək ki, filmdə 2020-ci ilin 44 günlük Vətən müharibəsinin parlaq səhifələrindən olan Xocavənd rayonunun Hadrut qəsəbəsinin düşmən işğalından azad olunması (9 oktyabr) əməliyyatından bəhs edilir. Burada “Dəmir yumruq” əməliyyatının əsas həlqəsi sayılan qəsəbənin azad olunma planının unikal formada təşkil edilməsi və uğurla həyata keçirilməsi öz əksini tapıb. 

Filmdə əməliyyata qərar verilməsindən, əməliyyatın sona çatmasına qədər proseslər bütün detallar real olaraq canlandırılıb. Çəkilişlər əməliyyatın keçirildiyi məkanlarda aparılıb və məhz həmin döyüşlərdə bilavasitə iştirak etmiş döyüşçülər filmdə yer alıb. Film boyu real döyüş kadrları ilə bərabər, bütün qoşun növlərinin, əsasən də xüsusi təyinatlıların aparıcı rol oynadığı hərbi proseslərdə təkrarolunmaz hərbi fəndlər, döyüş səhnələri imitasiya olunaraq lentə alınıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, ssenari müəllifi Rasim İsmayılov, quruluşçu rejissoru Cavidan Şərifov, quruluşçu operatorları Ziya Babayev və Əli Əliyevdir.

Xəbər lenti