Logo

Naxçıvanda “Heydər Əliyev həftəsi” elan olunub

23.12.2023 22:33 180 baxış
IMG

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi ilin son həftəsini (25-29 dekabr) “Heydər Əliyev həftəsi” elan edib.

Nazirliyin mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, həftə ərzində Ulu öndərin mədəniyyətimiz qarşısındakı müstəsna xidmətlərin həsr olunmuş silsilə tədbirlər gerçəkləşəcək, tamaşa və film nümayiş olunacaq.

Belə ki, “Heydər Əliyev həftəsi” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda kitabxanaların inkişafı”, “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzusunda tədbirlər, “Ümummili Lider Heydər Əliyevə həsr olunmuş və onun sevdiyi mahnıların ifaçılıq müsabiqəsi” baş tutacaq, həmçinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən A.Babayevin “Xilaskar” tamaşası göstəriləcək.

“Heydər Əliyev həftəsi” dekabrın 29-da Ümummilli Liderə həsr olunmuş filmin nümayişi ilə yekunlaşaçaq.

Xəbər lenti