Logo

İsveç-Azərbaycan Mədəniyyət Dərnəyi Azərbaycan Prezidentini təbrik edib

24.12.2023 15:20 144 baxış
IMG

Stokholm şəhərində fəaliyyət göstərən İsveç-Azərbaycan Mədəniyyət Dərnəyi (“SAF”) doğum günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Tehsil.biz"ə verilən məlumata görə, dərnəyin sədri Sevda Dadaşova adından ünvanlanan təbrik məktubunda bildirilib ki, İsveç paytaxtında yaşayan soydaşlarımız Azərbaycanın dövlət başçısı ilə qürur duyurlar:

“Bu illər ərzində Azərbaycan dövlətinin güclənməsi naminə həyata keçirdiyiniz bütün işlərə görə Sizə minnətdarıq. Vətəndən uzaq olsaq da, biz hər zaman Sizinləyik. Daim Azərbaycan Prezidentinin qayğı və diqqətini öz üzərində hiss edən Azərbaycan diasporu bundan sonra da əzmkarlığını artıracaq. Əmin olun ki, Azərbaycanın milli maraqları bizim üçün ən vacib məsələdir. Sizinlə və uğurlu siyasətinizlə qürur duyuruq. Dünya azərbaycanlıları ətrafınızda tək yumruq kimi birləşən Azərbaycan xalqı ilə birlikdə həmişə Sizin arxanızdadır!

Sizi doğum günü münasibətilə ürəkdən, səmimi hisslərlə təbrik edirik”.

Xəbər lenti