Logo

“Buzlar ölkəsində” nağıl-tamaşası təqdim olunur - FOTO

24.12.2023 15:42 114 baxış
IMG

Akademik Milli Dram Teatrında “Buzlar ölkəsində” nağıl-tamaşası təqdim olunur.

Teatrdan "Tehsil.biz"ə verilən məlumata görə, dekabrın 23-dən yanvarın 5-dək davam edəcək bayram tamaşası saat 10:00, 12:00­, 14:00 və 16:00-da gündə dörd seans olmaqla təqdim ediləcək.

“Buzlar ölkəsində” nağıl tamaşası Anar Sadıqovun müəllifi olduğu nağıl əsasında hazırlanıb.

Tamaşanın rejissoru Əlif Cahangirlidir. Musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır. 

Səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Rəşad Bəxtiyarov, Sevinc Əliyeva, Elxan Quliyev, Mətləb Abdullayev, aktyorlar Şəhla Əliqızı, Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Firuzə Balayeva, Vüsal Mustafayev, Dilarə Nəzərova, Lalə Süleymanova və Nəzrin Abdullayeva çıxış edirlər. 

Biletin qiyməti 10 manatdır. Biletə uşaqlar üçün hədiyyə də daxildir.

Biletləri teatrın kassasından və iticket.az saytından əldə edə bilərsiniz.

Xəbər lenti