Logo

İncəsənət xadimləri İlham Əliyevin qələbəsindən danışdılar - VİDEO

24.12.2023 18:58 119 baxış
IMG

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

Tehsil.biz xəbər verir ki, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri Baku TV-yə Prezident İlham Əliyevlə bağlı xatirələrini bölüşüb, dövlət başçısının Vətən müharibəsindəki tarixi qələbəsindən danışıblar.

Xalq artisti, aktyor Nurəddin Mehdixanlı bildirib ki, bu gün Azərbaycan Ordusu dünyanın ən irəli gedən orduları siyahısına daxil olub:

“Dünənə qədər bizi saymayan dünya bu gün bizlə hesablaşmaq məcburiyyətindədir. Bu, dövlət başçımızın iradəsi sayəsində baş vermiş hadisədir. “Bizim iradəmizə heç bir kənar qüvvə təsir edə bilməz” dedi və heç bir qüvvə də təsir edə bilmədi”.

Xalq artisti, kinorejissor Vaqif Mustafayev bildirib ki, Prezident İlham Əliyev yuxuda belə görmədiyimiz qələbəni bizə bəxş edib:

“Mən bu yaxınlarda filmlə bağlı Orta Asiya ölkələrində səfərdə idim. Bilirsiniz, əvvəllər məni həmin yerlərdə rejissor kimi qarşılayırdılar. Amma indi qələbə çalmış ölkənin vətəndaşı kimi qəbul edirlər. Ümumiyyətlə, Azərbaycanın adı gələndə onların gözləri işıldayır. Bunların hamısı bizim Prezidentimizin nailiyyətidir”.

Xalq artisti, opera ifaçısı Samir Cəfərov Şuşanın azad edilməsinin musiqiçilər üçün ikiqat sevinc olduğunu söyləyib:

“Mən Şuşada “Xarıbülbül” festivalında “Ey Vətən” mahnısını oxuyanda Prezidentin gözlərində olan sevinc, qürur hissinin şahidi oldum. “Sözümüz imzamızdır” deyən bu böyük şəxsiyyət nə deyibsə, onu edib. Biz Azərbaycan xalqı olaraq bu böyük şəxsiyyətə həmişə minnətdar olacağıq”.

Ətraflı süjetdə:

Xəbər lenti