Logo

Dilçi alimlər Neftçalada keçirilən tədbirdə iştirak ediblər - FOTO

25.12.2023 11:31 179 baxış
IMG

Neftçala rayonunda “Regional İnkişaf” İctimai Birliyinin və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “AZLİNG 2023 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev dünya dilçilik elminin inkişafı fonunda doğma ana dilinin tədqiqatına verdikləri töhfələrə görə elm adamlarına təşəkkür edib, iştirakçılara uğurlar arzulayıb.

Konfransda Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə əlaqədar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik ideallarının tətbiqi və təbliği sahəsində” xidmətlərindən danışıb.

Dilçilik İnstitutunun şöbə müdirləri professor İsmayıl Kazımov, dosent Kifayət İmamquliyeva, aparıcı elmi işçiləri dosentlər Elnarə Əliyeva, Qüdsiyyə Qəmbərova, Qətibə Mamudova, Aytən Bəylərova, Səkinə Şərifova, Şəkər Orucova, Pərvin Bayramova, Rasim Heydərov, Reyhan Mədətova və Leyla Yusifova müasir dilçilik elminin çağırışları fonunda Azərbaycan dilinin tədqiqatına töhfə vermək, dilimizin tədqiqi, tədrisi və qorunması, Azərbaycan dilinin dialektlərinin, türk dillərinin öyrənilməsi istiqamətində məruzələrlə çıxış ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Xəbər lenti