Günəş küləyi sürətinin 24 dekabrda baş vermiş Tac Kütlə Atılmaları (TKA) təsiri ilə artacağı gözlənilir.
Şamaxı Astrofizika Rəsədxanasından "Tehsil.biz"ə verilən məlumata görə, geomaqnit sahəsi – 24 dekabrda baş vermiş TKA təxminən 1900 km/san sürətə malikdir və 27 dekabrda Yerə çatacağı gözlənilir.
Bu səbəbdən G1 (zəif) səviyyəli geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Sonra isə geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır.