Logo

BŞTİ: "İl ərzində 50 nəfər məktəblərdə müxtəlif vəzifələrə işə təyin edilib"

25.12.2023 13:30 242 baxış
IMG

2023-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə 50 nəfər müxtəlif vəzifələrə işə təyin edilib.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, işə qəbul üzrə əvvəlki illərdə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanmış 12 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 4 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 4 nəfər psixoloq, 20 nəfər laborant, 2 nəfər kitabxanaçı, 4 nəfər kitabxana müdiri, 3 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə işə qəbul edilib.

Xəbər lenti