Logo

ADPU Avrasiya Universitetlər Birliyinə üzv olub - FOTO

25.12.2023 15:34 272 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İstanbul Aydın Universitetinin (İAU) nümayəndələri ilə görüş keçirilib. 

Bu barədə "Tehsil.biz"ə ADPU-dan bildirilib.

Görüşdə universitetlər arasında mümkün əməkdaşlıq əlaqələri, bu çərçivədə əməkdaşlıq protokolunun imzalanması və ADPU-nun Avrasiya Universitetlər Birliyinə (EURAS) üzvlük məsələləri müzakirə edilib.

Görüşün yekununda universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum və ADPU-nun EURAS-a üzv olmasına dair müqavilə bağlanıb.

Sənədi ADPU-nun rektoru professor Cəfər Cəfərov və İAU-nun rektoru və Avrasiya Universitetlər Birliyinin prezidenti Mustafa Aydın imzalayıblar.

Xəbər lenti