Logo

Dövlət qulluğunun xüsusi növünə qəbulda sınaq müddətinin tənzimlənməsinə dair təkliflər hazırlanacaq

25.12.2023 21:54 205 baxış
IMG

Dövlət qulluğunun xüsusi növünə qəbulda sınaq müddətinin tənzimlənməsinə dair təkliflər hazırlanacaq.

"Tehsil.biz"in məlumatına görə, bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1022-VIQD nömrəli Qanununun tətbiqi haqqında” imzaladığı fərmanda əksini tapıb.

Miqrasiya orqanlarında, habelə digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa qəbul zamanı sınaq müddətinin müəyyən edilmədiyi halların dəqiq tənzimlənməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Nazirlər Kabineti üç ay müddətində miqrasiya orqanlarında, habelə digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa qəbul zamanı sınaq müddətinin müəyyən edilmədiyi halların dəqiq tənzimlənməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Eyni zamanda, bu müddət ərzində Nazirlər Kabineti xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması ilə əlaqədar müəyyən edilmiş tənzimləmə nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Xəbər lenti